İstanbulda İŞİD-ə qarşı əməliyyatda 22 nəfər saxlanılıb

İstanbulun 3 rayonunda İŞİD terror qruplaşmasına qarşı xüsusi əməliyyat keçirilib. Yeniavaz.com-un DHA-ya istinadən verdiyi məlumata görə, İstanbul Təhlükəsizlik İdarəsinin Terrorla Mübarizə Şöbəsinin keçirdiyi əməliyyatda 22 nəfər saxlanılıb. Onların 14-ü xarici ölkə vətəndaşıdır. Şübhəlilərin ünvanlarında aparılan yoxlamalar zamanı qruplaşçaya aid xeyli sayda rəqəmsal ləvazimat və sənədlər ələ keçirilib.

DİGƏR XƏBƏRLƏR

Top