Aİ-nin Rusiyaya qarşı sanksiyaları nə vaxt ləğv edəcəyi bilindi

Avropa İttifaqı (Aİ) BMT missiyasının Donbassa (Ukraynanın şərqi) yerləşdirilməsindən sonra Rusiyaya qarşı sanksiyaları addım-addım ləğv etməyə başlaya bilər. Yeniavaz.com-un “Gazeta.ru” internet nəşrinə istinadən verdiyi məlumata görə, bunu Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel deyib. O bildirib: “Biz Ukraynada sülhə nail olmalıyıq. Mən Rusiya Prezidentinin mavi dəbilqəlilər haqqında ideyasını düzgün hesab edirəm. Əgər buna nail olunarsa, biz sanksiyaları addım-addım ləğv etməyə başlayacağıq”.

DİGƏR XƏBƏRLƏR

Top