Türkiyədə seçkilər başa çatıb: Ərdoğan 52 %-lə liderdir - YENİLƏNİB​

Azərbaycan Prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik edib

Türkiyədə seçki məntəqəsində atışma: İki nəfər ölüb

Bazar ertəsi, 25 iyun 2018
RU EN TR
EN TR RU

CƏMİYYƏT

Binəqədidə sakinlər etiraza qalxdı: məhkəmə hakimi hadisə yerində gəldi - VİDEO

17.02.2018 14:10

Binəqədi rayonu, 8-ci mikrorayon, Azadlıq prospekti 188/28 ünvanında yaşayan sakinlər aksiya keçiriblər. Onlar Bakı İnşaat MMC-nin 4 binanın həyətindəki istirahət parkını özəlləşdirməsinə etiraz ediblər. Sakinlər deyir ki, 2013-cü ildə ölkə başçısının göstərişi ilə yüksək səviyyədə təmir olunmuş, yaşıllıqları ilə göz oxşayan, bir hektar əraziyə malik park minlərlə ailənin istirahət yeridir. Lakin son günlər parkın ərazisinin özəlləşdirilməsi ilə bağlı mübahisələr yaranıb. Bakı İnşaat MMC-nin rəhbəri Zakir Quliyev sakinlərlə görüşərək bu ərazinin artıq ona məxsus olduğunu və parkın ləğv edilərək yerində yaşayış binası tikiləcəyini bildirib. O əlində məhkəmə qərarının olduğunu iddia edərək ərazinin ona məxsus olduğunu bildirib. Bu isə sakinlərin etirazına səbəb olub. Onlar sona qədər mübarizə aparacaqlarını və parkın ərazisini iş adamına güzəştə getməyəcəklərini bildiriblər.

Məsələ ilə bağlı musavat.com-un müxbiri hadisə yerində olub. 50-dən çox sakin binanın həyətində toplaşaraq bu qanunsuzluğa son qoyulmasını tələb edib. Qarşı tərəfin nümayəndələrinin də orada olması mübahisənin daha da qızışmasına səbəb olub. Sakinlər böyük bir mikrorayonun əsas parkının hansısa şirkətə satılmasını absurd adlandırıb, iş adamını seçkiöncəsi müddətdə təxribat yaratmaqda ittiham ediblər.

Məhkəmədə işə baxan 1 saylı İnzibati İqtisad Məhkəməsinin hakimi Elçin Məmmədov sakinlərlə söhbətində bildirdi ki, hər iki tərəf prosesə cəlb olunaraq dinlənəcək və daha sonra parkın taleyi ilə bağlı qərar veriləcək.Musavat.com

Oxundu 878