Türkiyədə seçkilər başa çatıb: Ərdoğan 52 %-lə liderdir - YENİLƏNİB​

Azərbaycan Prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik edib

Türkiyədə seçki məntəqəsində atışma: İki nəfər ölüb

Bazar ertəsi, 25 iyun 2018
RU EN TR
EN TR RU

İQTİSADİYYAT

Xarici ticarət dövriyyəsi artıb

17.02.2018 14:04

Bu ilin yanvar ayı ərzində Azərbaycanın digər ölkələrlə apardığı ticarət əməliyyatlarının həcmi 1 milyard 727 milyon 332,8 min dollar olub. Yeniavaz.com Dövlət Gömrük Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, ticarət əməliyyatlarının həcmi 2017-cı ilin yanvar ayı ilə müqayisədə 10,1% və ya 158,5 milyon dollar artıb. İdxal əməliyyatları üzrə 688,6 milyon dollar, ixrac əməliyyatları üzrə 1 milyard 39,7 milyon dollar ticarət həcmi qeydə alınıb. 2018-ci ilin yanvar ayında ticarət dövriyyəsində 350 milyon dollarlıq müsbət saldo yaranıb.

Oxundu 451