Xətaidə "yaşıl terror": ağacları kəsib, yerində obyekt tikirlər (VİDEO)

Ölkədə gündəm olan qazaxlı heykəltaraşdan Qazax İcra Hakimiyyətinin xəbəri yoxdur

İlk "e-mail" və ilk spam nə zaman göndərilib? - MARAQLI TARİX

Bazar ertəsi, 25 iyun 2018
RU EN TR
EN TR RU

HADİSƏ

2 nəfərin ölümünə səbəb olan qəzayla bağlı - Açıqlama

17.02.2018 13:06

Dünən Nərimanov rayonunda baş verən dəhşətli qəza ilə bağlı rəsmi açıqlama verilib. Daxili İşlər Nazirliyi xəbər verir ki, fevralın 16-da saat 17 radələrində Nərimanov rayonunun H.Əliyev prospektində Bakı şəhər sakinləri Rəhim Manafovun idarə etdiyi “Opel”, Eldəniz Məcidovun idarə etdiyi “Toyota” , Samirə Əliyevanın idarə etdiyi “Volkswagen” və Namiq Kərimovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə R.Manafovun sərnişinlərindən Bakı şəhər sakinləri Rasim Manafov və Oleq Sinkov hadisə yerində ölüb, sürücü və digər 1 sərnişini xəstəxanaya yerləşdirilib. Nərimanov RPİ tərəfindən araşdırma aparılır.Qafqazinfo

Oxundu 306