Bankdan 100 milyon oğurlayan Emin Zeynalov tutuldu

Sosial şəbəkələrdə görüntüsü yayılan polis CƏZALANDIRILDI - VİDEO

Yol polisi texniki baxış talonlarının satılmasından xəbərsizdir?

Cümə axşamı, 21 iyun 2018
RU EN TR
EN TR RU

CƏMİYYƏT

Jurnalistin əfvi üçün Prezidentə müraciət edildi

17.02.2018 10:42

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu Azərbaycan Milli Platforması Prezident İlham Əliyevə və Əfv Məsələləri Komissiyasına müraciət ünvanlayıb. Müraciətin məqsədi ötən ilin may ayında həbs edilən və dekabrın 15-də Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 6 il azadlıqdan məhrum edilmiş Əziz Orucovun əfv edilməsi ilə bağlıdır. Platformanın bununla bağlı yaydığı bəyanatında deyilir: "Biz bu müraciəti imzalayan Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu, Azərbaycan Milli Platforması olaraq Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında mövcud olan münasibətlərin artan temp üzrə inkişafını dəstəkləyir, bu prosesdə vətəndaş cəmiyyətinin töfhə verəcəyinə inanırıq. Bu münasibətlərin daha da səmərəli, vətəndaş iştirakçılığı, vətəndaş cəmiyyəti təşkilatlarının sərbəst və maneəsiz fəaliyəti imkanları baxımından effektiv olması üçün bır sıra zəruri tədbirlərin görülməsi mümkünlüyünü də istisna etmirik. Bununla yanaşı, onu da diqqətinizə çatdırırıq ki, 15 Dekabr 2017-ci il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun üzv təşkilatı olan “Qafqaz Media Tədqiqatları Mərkəzi”nin İdarə Heyətinin üzvü Əziz Orucov 6 il müddətinə azadlıqdan məhrum edilmişdir. Buna əlavə olara, nəzərinizə çatdırmaq istəyirik ki, Əziz Orucov barəsində irəli sürülmüş ittiham və qəbul edilmiş məhkəmə hökmü, 2014-cü ildə “Qafqaz Media Tədqiqatlar Mərkəzi”nə qarşı başladılıb və sonra xitam verilmiş cinayət işi üzrə davam etdirilib. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Milli Platforma onu da qeyd etməyi zəruri hesab edir ki, Əziz Orucov barədə çıxarılmış bu hökm Azərbaycan Respublikası Prezidentinin 10 Fevral 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncam ilə bəyan etdiyi yeni hüquq islahatları siyasəti ilə də uzlaşmır.

Milli Platforma hesab edir ki, “Qafqaz Media Tədqiqatları Mərkəzi”nin İdarə Heyətinin üzvü Əziz Orucov barəsində başladılmış cinayət işi və çıxarılmış itihamedici məhkəmə hökmü Şərq Tərəfdaşlığı Proqramında iştirak edən vətəndaş cəmiyyəti təşkilatları və onların nümayəndələrinin azad fəaliyyəti üçün əlverişsiz mühit yaratmaqla bərabər, Azərbaycan və Avropa İttifaqı arasında mövcud münasibətlərin ruhuna da kölgə salmaqdadır. Bütün bunları nəzərə alaraq, Əziz Orucovun növbəti əfv sərəncamı ilə cəzasının qalan hissəsini çəkməkdən azad edilməsi barədə müraciətmizi nəzərə almağınızı xahiş edirik. Modern.az

Oxundu 312