Sumqayıtdakı Aprel şəhidlərimiz - FOTOREPORTAJ

2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında hərbi münaqişə baş verdi. Aprel döyüşləri Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan sonra ən şiddətli döyüşlər idi. Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmiş, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Madaqiz kəndi istiqamətində yollar düşməndən azad olunmuşdur.

Məlumat üçün qeyd edək ki, Azərbaycan mənbələrinə görə, Aprel döyüşləri zamanı ordumuzun 94 hərbçisi şəhid olmuşdur, 2 nəfər itkin düşmüş, 39 hərbçi yaralanmışdır. Bundan əlavə 6 mülki şəxs ölüb, 26 nəfər yaralanmışdır. Allah şəhidlərimizə rəhmət etsin!

Yeniavaz.com Sumqayıt şəhidlər xiyabanından fotoreportajı təqdim edir:

Polkovnik-leytenant Orucov Raquf

Gizir Məmmədov Murad

Əsgər Axundov Abdulməcid

DİGƏR XƏBƏRLƏR

Top