ilin-sonunadek-azerbaycanda-dizel-ve-benzinin-qiymeti-bahalasa-biler

"İlin sonunadək Azərbaycanda dizel və benzinin qiyməti bahalaşa bilər"

vezifesinden-geri-cagirilan-aydan-rzayeva-kimdir

Vəzifəsindən geri çağırılan Aydan Rzayeva kimdir?

pasinyanin-istefasi-ile-olke-rusiyanin-elinden-cixir-onlarin-yeni-hedefi-var-politoloq

"Paşinyanın istefası ilə ölkə Rusiyanın əlindən çıxır, onların yeni hədəfi var" - Politoloq

Cümə axşamı, 18 oktyabr 2018
RU EN TR
EN TR RU

PSİXOLOGİYA

"Bizim kənddə 14 yaşında nişanlanmadınsa, evdə qaldın deməkdir”

09.02.2018 12:23

Erkən nikah fizioloji, psixoloji cəhətdən evlilik, uşaq doğma və bu məsuliyyəti daşımağa hazır olmadan, 18 yaşı tamamlanmadan nikaha daxil olmaq kimi tərif olunur. Erkən nikah hallarının olması bir sıra cəmiyyətdə olduğu kimi bizim də cəmiyyətimizin yaralı yeridir. Dünyanın bir çox yerində belə hallar olduğu üçün bu qlobal bir problemdir. Əsasən qız uşaqları bu travma ilə üzləşir. Fərqli cəmiyyətlərdə bu proses adət ənənə, “dini referans”a əsasən həyata keçirilir. Aparılan statistikalara baxdığıqda görürük ki, ölkəmizdə hər 100 nikahdan 7-i erkən nikahdır. Yəni 18 yaşı olmadan nikah bağlanıb ər evinə girən qızların sayı heç də az deyil. Bu hələ rəsmi statistikaya düşən rəqəmdir. İstər yaşı çatmadan evlənib 18 yaşını gözləyənlər, istər dini nikah bağlayaraq yaşı tamam olandan sonra rəsmi nikaha girənlər, hamilə olmasına baxmayaraq, həkim müayinəsindən keçməyənlər və bunun kimi fərqli hallara görə statistikaya daxil olmayanlar bu rəqəmlərin xaricindədir. Amma bu bir gerçəkdir ki, rəqəmlər heç də ürəkaçan deyil. İstər fərdi, istər ictimai müstəvidə ələ alınsın, erkən nikah həm ailə, həm cəmiyyət, həm insanın özü üçün ciddi problemlərə yol açır. Psixoloji və fizioloji inkişafı tamamlanmadan, özü ilə əlaqəli suallarının (şəxsiyyəti, kimliyi, həyatı mənalandırmaqla əlaqəli və sair) bitmədiyi dövrdə erkən nikahın olması istər qız uşaqlarını, istərsə də oğlan uşaqlarının qaldıra bilməyəcəkləri yükdür. Xüsusilə qız uşaqlarında rastlanılan erkən nikahda bir sıra “evdə qalacaqsan, yaşın keçdisə sənə kimsə baxmaz, bizim kənddə 14 yaşında nişanlanmadınsa evdə qaldın deməkdir” düşüncələr aparıcı rol oynayır. Erkən nikaha girənlərin bəziləri öz istəyi, bəziləri ailəsinin təzyiqi ilə, bəziləri ailələrinin maddi vəziyyətinə görə, bəziləri ərinin maddi cəhətdən varlı olmasına görə, bəziləri qaçırıldığına görə, bəziləri hamilə olduğuna görə, bəziləri isə ailə içində olan istismardan qaçmaq məqsədilə erkən nikaha girirlər. Səbəb nə olarsa olsun erkən yaşda olan evliliyin nəticələri fəsadlara yol açır. Fizioloji, psixoloji və sosial tərəfdən inkişafı tamamlanmayan fərdlər çox mühim bir birlik olan ailə müəssisəsinin vəzifələrini yerinə yetirə bilmirlər. Problem həll etmə, sosial və qərar alma bacarıqları, tənqidi yanaşma və tənqidi qəbul etmə bacarıqları kimi əhəmiyyətli qabiliyyətləri olmayan cütlüklər ailədaxili ünsiyyətdə də ciddi çatışmazlıqlar yaşamaqdadırlar. Erkən nikaha daxil olanların depressiya, təşviş pozuntusu, intihar kimi və bir sıra psixoloji qaynaqlı problemlər yaşadığı görülməkdədir. Erkən nikahda əlavə olaraq erkən hamiləlik halları ilə çox qarşılaşılmaqdadır. Hər hansı bir qadının özünü, vücudunu, duyğularını tam olaraq tanımadan, sağlam bir şəxsiyyətə sahib olmadan münasibətlərdə həlledici yanaşma ortaya qoyması çətin olur. Yeniyetməlik dövrünü sağlam bir şəkildə başa vurmadan valideyn olan uşaqlar problemli uşaqlara sahib ola bilirlər. Erkən nikaha girən uşaqlar təhsildən uzaq qalır, kimliyinin formalaşmasında əngəl ortaya çıxır, ailə içində şiddət halları daha çox yaşanılır. Evlilik qərarı alınmadan şəxslərin bir-birilərini kifayət qədər tanımaları lazımdır. Bu müddət ərzində hər iki tərəfin ailə ilə əlaqəli təlim, seminar və daha yaxşı olar ki, evlilikdən əvvəl Konsultasiyalarda iştirak etmələri faydalı olar. İstər media, istər psixoloji sağlamlıqla əlaqəli xidmət göstərən quruluşlar, istər hər hansı bir müəssisə olsun, ailə və onun sağlam olması üçün lazımi məlumatların insanlara çatdırılmasında iştirak etməlidir.

Uzman, psixoloji konsultant Maarif Məmmədov

Oxundu 822