Avstraliyada kenquru velosipedçi qadını vurub - VİDEO

Avstraliyada kenqurunun velosipedçi qadını vurduğu anlar sosial şəbəkədə yayılıb."RİA Novosti"nin xəbərinə görə, videonu CGTN telekanalı yayıb. Hadisə ölkənin Kvinslend ştatında qeydə alınıb. Kadrları xəsarət almış velosipedçi qadının rəfiqəsi çəkib. Kadrlarda bir qrup velosipedçinin yoluna çıxan kenqurunun onlardan birini necə vurması və qaçıb getməsi aydın görünür. Çiyni və dizi zədələnən qadın xəstəxanaya yerləşdirilib. Report

Kenquru

DİGƏR XƏBƏRLƏR

Top