Dünyanın ən uzun kişisi və ən balaca qadını - FOTOLAR

Dünyanın ən uzun adamı türkiyəli Sultan Kösen və dünyanın ən qısaboylu qadını hindistanlı Cyoti Amge Misirdə görüşüb.

Yeniavaz.com-un “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, Misir Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə onlar Qahirədə bir araya gəliblər. Dünyanın yaşayan ən uzun adamı olaraq Ginnesin Rekordlar Kitabına düşən mardinli S. Kösen Misir turizminə dəstək vermək üçün Qahirəyə gedib.

Səfər çərçivəsində o, Qahirədəki tarixi və turizm bölgələrinə baş çəkib. S. Köseni Qahirədə dünyanın ən qısaboylu qadını C. Amge müşayiət edib. Boyu 2 metr 51 santimetr olan S. Kösen ilə boyu 62,8 santimetr olan C. Amge piramidaların qarşısında şəkil çəkdiriblər. Qonaqların səfəri 4 gün davam edəcək.

DİGƏR XƏBƏRLƏR

Top