Azərbaycanın işğal edilmiş ərazisində yerevanlı əsgər ağır yaralanıb

Ermənistanın işğal etdiyi Azərbaycan ərazisində erməni hərbçi ağır yaralanıb. “Yeniavaz.com”un Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, hərbi xidmətə yeni çağırılmış əsgər guya hündürlükdən yıxılaraq xəsarət alıb. O, xəstəxanya yerləşdirilib, vəziyyəti ağır kimi qiymətləndirilir. İnsidentin təfərrüatları araşdırılır. Sosial şəbəkə istifadəçilərinin məlumata görə, ağır yaralanan əsgər Ernest Ovanisyandır və o, Yerevanın Nor Nork rayonundan hərbi xidmətə çağırılıb. Əsgər hündürlükdən yıxılıb, tullanıb və ya qəsdən aşağı atılıb.

DİGƏR XƏBƏRLƏR

Top