Xoşqədəmin verilişindəki həkimi peşiman etdilər - İnsanlar qapını yerindən çıxardı (VİDEO)

Murad Dadaşov ona "Xalq artisti" adı verilməsindən danışdı

Deputat: Qızıma "Xalq artisti" adı verildiyinə görə çox sevinirəm

bazar, 27 may 2018
TR EN RU

Menu

bazar, 27 may 2018
EN TR RU

DÜNYA

Trampın 1 illik prezidentlik dövründə ABŞ necə dəyişib? - RƏQƏMLƏR

20.01.2018 14:50

Yanvarın 20-də Donald Trampın ABŞ Prezidenti vəzifəsi səlahiyyətlərini icra etməyə başlamasından 1 il ötür.

“Yeniavaz.com” “Kommersant” qəzetinə istinadən bu müddət ərzində ABŞ iqtisadiyyatında baş verən əsas dəyişiklikləri diqqətə çatdırır.

1. 2018-ci il yanvarın 1-nə olan məlumata görə, il ərzində ABŞ əhalisi 0,8 faiz artaraq 326,97 milyon nəfərə çatıb.

2. 2017-ci ilin yekunları üzrə işsizliyin səviyyəsi 0,6 faiz bəndə azalaraq 4,1 faizə enib.

3. Orta real əmək haqqı gündəlik 4 sent artaraq 10,74 dollara yüksəlib, orta iş həftəsinin müddəti də 34,4 saatdan 34,5 saata çatıb.

4. 2016-cı ilin dekabrından 2017-ci ilin dekabrınadək istehlakçı qiymətlərin səviyyəsi orta hesabla 2,1 faiz artıb. Ən çox benzinin (10,7 faiz), qazın (4,7 faiz) və elektrik enerjisinin (2,6 faiz) qiymətləri bahalaşıb.

5. Yanvarın 16-na olan məlumata görə, ölkənin xarici borcu 20 trilyon həddini aşıb və hazırda 20,6 trilyon dollar təşkil edir.

6. İl ərzində ABŞ-ın əsas fond indeksləri əhəmiyyətli artım nümayiş etdiriblər: “Dow Jones” 31,7%, “NASDAQ” 31,4%, “S&P 500” isə 23,4% artıb.

7. 2017-ci ilin 9 ayı ərzində ABŞ-a 846 min “yaşıl kart” verilib. Bunun 105,4 mini qaçqınların payına düşür. 2016-cı ildə 1 milyon 183,500 min “yaşıl kart” verilmişdi. Qaçqınlarına payına isə 157,425 mini düşmüşdü.

Oxundu 274