Tramp Şimali Koreya lideri ilə görüşü ləğv edib

Mingəçevirdə aptekdə dondurma satılır? - FOTO

Mingəçevirdə ağacların "dərisini" soydular - FOTO

Cümə axşamı, 24 may 2018
TR EN RU

Menu

Cümə axşamı, 24 may 2018
EN TR RU

CƏMİYYƏT

Doğmaları şəhid olan məşhurlar - SİYAHI

20.01.2018 11:59

Qarabağ müharibəsinin ilk illərindən son dövrlərədək döyüşlərdə doğmaları, yaxınları şəhid olan minlərlə insan var. Bu gün sosial şəbəkədə şəhidlərimizə rəhmət oxuyan insan bir də görürsən bir neçə ay sonra şəhid olur. Dünən şəhid olan Neftçala şəhər sakini Mənəfov İbrahim Möhsün oğlu kimi. İbrahim aprel döyüşlərində şəhid olan qardaşlarımıza rəhmət oxuyan, "Allah bizə də şəhidlik qismət eləsin" deyənlərdən biri idi və oldu da...

Əzizləri, doğmaları şəhid olanlar arasında Azərbaycanın tanınmışları da kifayət qədərdir. "Yeniavaz.com" saytı həmin məşhurların siyahısını təqdim edir.

Teleaparıcı Nanə Ağamalıyevanın qardaşı 6 əsgərlə birlikdə şəhid olub. Aparıcı özü də bunu bir neçə dəfə efirdən səsləndirib.

Müğənni Leyla Ramazanlının atası Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub. Qarabağ döyişlərinə yollananda Nurəddin Ramazanlının 2 körpə qızı olub. 706-cı hərbi hissədə xidmət edən leytenant Nurəddin Ramazanlı 1992-ci ilin oktyabr ayının 8-dən 9-na keçən gecə - Laçında gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.

Müğənni Nadir Qafarzadənin qohumu Tərtərdə gedən döyüşlərdə şəhid olib. Novruzov Ravil Elman oğlu müğənninin dayısı nəvəsidir. Müğənni qohumunun şəhid olması ilə bağlı bunları deyib: "Gözlərimin önündə böyüyən dayım nəvəsi şəhid oldu. Çox pis oldum. Amma şəhidlik zirvəsinə qalxmaq hər bir oğula nəsib olmur. Mənim evimdə gələcəyin iki əsgəri böyüyür. Onların da gələcəkdə vətənə layiqli övlad olması üçün əlimdən gələni edirəm".

Cəbhə xəttində ermənilərin hücumunu dəf edərkən şəhid olan hərbçilərdən biri Azərbaycan Peşəkar Karate-do Federasiyasının baş katibi, həmçinin Karate və Hərbi Döyüş Növləri üzrə 2 qat dünya çempionu, 7 qat Azərbaycan çempionu Vüsal Abdullazadənin qohumudur. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu, gənc heykəltaraş Kaçayev Samir İzayəddin oğlu aprel döyüşlərində erməni təxribatının qaşısını alarkən şəhid olub.

Əzizləri şəhid olan tanınmışlardan biri də müğənni Elariz Məmmədoğludur. Mətbuatda yayılan məlumatlara görə, ermənilər Qarabağ müharibəsində müğənninin qardaşının başını kəsib: "Anam bunu bilmir. Hələ də anamı ovutmaq üçün oğlunun əsir olduğunu söyləyirik".

Müğənni Təranə Qumralın qardaşı Qarabağda şəhid olub. Onun qardaşı Firdovsi Məmmədov milli ordumuzun ilk şəhidlərindən biridir.

Müğənni Günay İbrahimlinin isə qohumu şəhid olub. Onun qohumu polkovnik Sənan Axundov Lələtəpədə minaya düşərək həyatını itirib: "2 gün idi ki, polkovnik rütbəsi verilmişdi. Çox pis oldum. Evin tək oğlu! Allah rəhmət eləsin! Allah səbr versin".

Akademik Opera və Balet Teatrının solisti, əməkdar artist Gülüstan Əliyevanın həyat yoldaşı Zahid Əhmədov Qarabağ döyüşlərdinə şəhid olub. 10 yanvar Zahid Əhmədovun doğum günüdür.

Qeyd edək ki, Cəbrayıl rayonunda doğulub-böyümüş şəhid Zahid Əhmədov 1991-ci ildə Qarabağ müharibəsində həlak olub. BDU-nun Hüquq fakültəsinin məzunu olan Zahid Əhmədov Cəbrayıl rayonu Polis İdarəsində əvvəlcə əməliyyat müvəkkili, sonra bölmə rəisi işləyib. 1991-ci ildə Cəbrayıl cəbhəsində minaya düşüb.

Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Ramiz Novruzun iki qohumu şəhid olub: "Novruzov Fərahim Adışirin oğlu mənim qohumumdur. Digər qohumum isə helikopter vurulan zaman həlak olub. Onun adı Musazadə Təbriz Tariyel oğludur".

"Bülbüllər" qrupunun yaradıcısı, əməkdar artist Aybəniz Haşımovanın isə həyat yoldaşı Qarabağ uğrunda döyüşlərində şəhid olub. Onun həyat yoldaşı Xalid Quliyev cəbhədə göstərdiyi igidliyə görə,

"Vətən uğrunda" medalına layiq görülüb.

Nicat

Oxundu 4957