Murad Dadaşov ona "Xalq artisti" adı verilməsindən danışdı

Deputat: Qızıma "Xalq artisti" adı verildiyinə görə çox sevinirəm

Biləsuvarda 16 yaşlı nişanlı qız özünü asıb

bazar, 27 may 2018
TR EN RU

Menu

bazar, 27 may 2018
EN TR RU

GÜNDƏM

Prezident İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət edib

20.01.2018 10:02

Azərbaycan prezidenti İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət edib. Dövlət başçısı 20 Yanvar faciəsinin qurbanlarının məzarları üzərinə qərənfillər düzüb. Prezident “Əbədi məşəl” kompleksi önünə əklil qoyub, vətən yolunda qurban getmiş şəhidlərin xatirəsinə ehtiramını bildirib. Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycanın dövlət himni səslənib. Azərbaycanın dövlət və hökumət nümayəndələri, deputatlar, diplomatik korpusun təmsilçiləri də Şəhidlər Xiyabanını ziyarət ediblər. Qeyd edək ki, 1990-cı il yanvarın 20-də baş verən hadisələrin 28-ci ildönümü ilə əlaqədar səhər saatlarından 20 Yanvar şəhidlərinin məzarlarını ziyarət başlayıb.

Oxundu 341