ABŞ-da yeni ştat yaradıldı və müstəqilliyi ELAN EDİLDİ

ABŞ-ın ən böyük ştatlarından biri olan Kaliforniyada “separatçılar” “Yeni Kaliforniya” adlı yeni ştatın müstəqilliyini elan edib. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, “separatçılar”ın rəhbəri Pol Prestondur. O, ABŞ Konstitusiyasının 4-cü maddəsinin 3-cü bəndinə əsaslanaraq məhkəməyə yeni ştatın müstəqilliyinin tanınması üçün müraciət edib. P. Preston bildirib ki, qanun çərçivəsində müstəqilliyin qazanılması prosesini davam etdirəcəklər: “Özümüzü idarə etmək haqqını qazanmazdan əvvəl tələblərimizi və səbəblərimizi xalqa başa salmaq üçün mitinqlər keçirməliyik”. O, ABŞ-dan deyil, yalnız Kaliforniyadan ayrılmaq istədiklərini qeyd edib. P. Preston ayrılmaq istəmələrinin səbəbini isə Kaliforniyanın sahil əraziləri ilə iç ərazilərinin fərqli gəlir səviyyəsinə malik olmalarına rəğmən, eyni qanunlarla və vergi qanunları ilə idarə edilməsinin ədalətli olmaması ilə izah edib. “Separatçılar”ın qanuni prosedurları başa çatdırması 10-18 ay vaxt aparacaq. ABŞ Konstitusiyasına əsasən, bir ştatın bölünməsinə dair yekun qərarı ABŞ Senatı verir. 2014-cü ildə amerikalı milyarder Tim Draper Kaliforniyanı 6 müxtəlif ştata ayırmaq üçün imza toplasa da məqsədinə çatmayıb.

DİGƏR XƏBƏRLƏR

Top