Ötən il doğulan körpələrin 53 faizi oğlan, 47 faizi qız olub

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ötən ilin yanvar-noyabr aylarında ölkə üzrə 132 min 2 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,8 təşkil edib. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, doğulan körpələrin 53,1 faizi oğlan, 46,9 faizi isə qız uşaqlarından ibarət olub. Körpələrdən 2374-ü əkiz, 54-ü üçəm doğulanlardır.

Ötən ilin yanvar-noyabr aylarında ölkədə 52 min 318 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9 təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top