Murad Dadaşov ona "Xalq artisti" adı verilməsindən danışdı

Deputat: Qızıma "Xalq artisti" adı verildiyinə görə çox sevinirəm

Biləsuvarda 16 yaşlı nişanlı qız özünü asıb

bazar, 27 may 2018
TR EN RU

Menu

bazar, 27 may 2018
EN TR RU

HADİSƏ

İsmayıllıda ərəb turistləri daşıyan avtomobil aşdı: Xəsarət alanlar var

17.01.2018 11:25

İsmayıllı rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. İsmayıllı-Qəbələ yolunun Topçu kəndindən keçən hissəsində Bakı sakini, 1978-ci il təvəllüdlü Bağırov Elbəy Eldar oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü E.Bağırov, sərnişinləri olan ərəb turistlər – 1987-ci il təvəllüdlü Al İbrahim və 1995-ci il təvəllüdlü Al Mer Zeynab müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar təcili tibbi yardım stansiyasının avtomobili ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır. Qeyd edək ki, ərəb turistlər Bakıdan Qəbələyə istirahətə gedirmişlər.APA

Oxundu 291