Xoşqədəmin verilişindəki həkimi peşiman etdilər - İnsanlar qapını yerindən çıxardı (VİDEO)

Murad Dadaşov ona "Xalq artisti" adı verilməsindən danışdı

Deputat: Qızıma "Xalq artisti" adı verildiyinə görə çox sevinirəm

bazar, 27 may 2018
TR EN RU

Menu

bazar, 27 may 2018
EN TR RU

İNFOQRAFİKA

Hansı ölkədə deputatlar daha çox maaş alır? - İNFOQRAFİKA

09.01.2018 09:48

Son günlər Milli Məclisinin deputatlarının maaşı yenidən gündəmə gəlib. Mətbuatda yer alan məlumatlara görə, yaxın günlərdə "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" qanunun 21-ci maddəsinə dəyişiklik ediləcək və hər bir deputatın aylıq əmək haqqına 800 manat əlavə olunacaq. Yeniavaz.com xəbər verir ki, bu məlumat Milli Məclis rəsmiləri tərəfindən təsdiqlənməyib. Lakin yayılan məlumatlarda qeyd olunur ki, "2018-ci ilin dövlət büdcəsi haqqında" Qanuna əsasən Milli Məclisin saxlanılma xərcləri artırılıb və bu vəsaitin 68,8 faizini əmək haqqı xərcləri təşkil edəcək.

Məlumat üçün qeyd edək ki, hazırda qüvvədə olan Qanuna görə Milli Məclis sədrinin aylıq vəzifə maaşı 2250 manatdır. Parlament sədrinin birinci müavini spikerin aylıq vəzifə maaşının 90 faizini, Milli Məclis sədrinin müavini - 85 faizini alır. Milli Məclisin komitə və komissiya sədri spikerin maaşının 80 faizi, komitə və komissiya sədrinin müavini 75 faizi, Milli Məclisin deputatı isə 70 faizi miqdarında aylıq məvacib alır. Bu isə o deməkdir ki, Milli Məclisin deputatının maaşı 1750 manat və ya mövcud məzənnə ilə 1030 dollara bərabərdir.

Müqayisə üçün bildirək ki, hazırda region ölkələr arasında deputatların aldıqları maaşa görə Azərbaycan orta sıralarda qərarlaşıb. Region ölkələrindən Rusiya, Qazaxıstan, Gürcüstan və Ermənistanda deputatların maaşı Azərbaycanla müqayisədə daha yüksəkdir. Belarus, Ukrayna, Qırğızıstan və Moldovada isə deputatların maaşı Azərbaycanla müqayisədə aşağıdır.

Oxundu 1590