"İstək" liseyinin pedaqoji kollektivindən Şahin Seyidzadəyə qarşı SƏRT İTTİHAMLAR

Merkel Azərbaycana gələcək

Azərbaycan Ordusu şəhid verib

şənbə, 21 iyul 2018
RU EN TR
EN TR RU

HADİSƏ

Bakıdakı dəhşətli avtobus qəzası ilə bağlı yeni faktlar üzə çıxıb

07.01.2018 18:56

Dünən, yanvarın 6-da, Bakıda, Zığ şosesində 175 nömrəli marşrut avtobusunun dərəyə aşması nəticəsində yaralanan sərnişinlər xəstəxanadan evə buraxılıb. Hazırda 3 saylı şəhər xəstəxanasında yalnız 2 yaralı var. Bu barədə xəstəxanadan məlumat veriblər.

“Yeniavaz.com” xəbər verir ki, “Virtualaz.org” saytının əməkdaşı qəzanın baş verdiyi ərazidə olub, şahidlərlə söhbətləşib.

Yoldan keçənlər hələ də maşını saxlayaraq, qəzanın baş verdiyi ərazini gözdən keçirirlər. Hadisənin şahidləri deyirlər ki, qəza nəticəsində ölüm halının olmaması möcüzədir.


Özünü 175 saylı marşrutun başqa bir avtobusunun sürücüsü kimi təqdim edən şəxs deyib ki, qəza baş vermədən bir neçə dəqiqə əvvəl avtobusda sükanın dartma mexanizmi (“tyaqası”) sıradan çıxıb. Sürət yüksək olduğundan sürücü idarəetməni itirib, yol kənarına çırpılıb. Yol kənarını bir neçə metr dağıdaraq irəliləyib və aşıb.

Şahidlərin sözlərinə görə, avtobusda olan azyaşlı sərnişin pəncərədən yıxılıb. Daha iki sərnişin isə bir neçə mert aralıya düşüb. Sərnişinlərin bir neçəsinin ayaqqabısı, papağı hələ də hadisə yerindədir. Şahidlər söyləyirlər ki, avtobus yüksək təzyiqli qaz xəsttinə dəyərək dayanıb. Xoşbəxtlikdən qaz borusu partlamayıb.

Sərnişinlərdən biri isə söyləyib ki, hadisə baş verərkən sürücü telefonla danışırmış. Qəza baş verərkən o, özünü itirib, avtobusu saxlaya bilməyib. “Hövsan-Zığ istiqamətində hərəkət edən avtobuslar köhnədir, istismar müddətini başa vurub. Amma sürücülər sürət həddini, manevr qaydalarını gözləmirlər. Yolda telefonla danışırlar, ötüşürlər”, - sərnişin söyləyib.

Hər gün bu marşrutdan istifadə edən sərnişinlərin bildirdiklərinə görə, sürücülər manevr qaydalarının kobud şəkildə pozulması kimi ciddi yol hərəkəti qayda pozuntularına yol verirlər. “Dəfələrlə irad bildirilməsinə baxmayaraq, məhəl qoyulmur. Hətta narazı sərnişinlərlə kobud rəftar edilir. Bu qəzadan da əvvəl sərnişinlərdən biri sürücünün yolda telefonla danışmasına irad bildirib. Sürücü isə deyib ki, bəyənmirsə, taksi ilə getsin. Nəticədə, qəza baş verib”.

Qeyd edək ki, qəza zamanı avtobusda 20-ə yaxın sərnişin olub. Onlardan 12-si hadisə nəticəsində xəsarət alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.



Oxundu 1177