Bankdan 100 milyon oğurlayan Emin Zeynalov tutuldu

Sosial şəbəkələrdə görüntüsü yayılan polis CƏZALANDIRILDI - VİDEO

Hadisəni törədən bizim əməkdaş deyil - "Araz market"dən açıqlama

Cümə axşamı, 21 iyun 2018
RU EN TR
EN TR RU

CƏMİYYƏT

193 ölkəyə səyahət reytinqində Bakı ilk sırada

07.01.2018 18:02

ABŞ-ın məşhur "USA today" informasiya agentliyində dərc olunan məqalədə 2018-ci ildə səyahət edilməli ölkələr sırasında Azərbaycanın paytaxtı Bakı qeyd edilib.

Dünyanın 193 ölkəsinə səyahət edən gənc amerikalı səyyah Sal Lavallonun agentlik üçün hazırladığı reytinqdə Bakı ilk sıradadır.

"Neftlə zəngin bu paytaxt şəhəri mədəniyyət və müasir memarlığa milyardlarla vəsait sərf edib. Şəhərdə gəzinti sanki açıq hava muzeyində gəzintiyə bənzəyir", - deyən 27 yaşlı səyyah şəhərdə müasir arxitektura və qədim binaların ahəngini də vurğulayıb.

İlk səyahət olunmalı şəhərlər sırasında, həmçinin Şərqi Timorun paytaxtı Dili, Abu Dabi (Birləşmiş Ərəb Əmirlikləri), Kiqali (Ruanda), Skopye (Makedoniya), Beyrut, Mendoza (Argentina), Fritaun (Syerra-Leon), Asmara (Eritreya), Baqan (Myanmar), Konstantin (Əlcəzair) yer alıb. Azertac

Oxundu 248