Bu gün Stokholm metrosunda partlayışa səbəb əl qumbarası olub.
Bu barədə İsveçin "Aftonbladet" qəzeti məlumat yayıb.
Partlayış nəticəsində 60 yaşlı kişi və 45 yaşlı qadın yaralanıb.
Stokholm Polis Departamentinin nümayəndəsi Sven-Erik Olsson bildirib ki, partlayış yaralanan şəxslərdən birinin yerdəki cismi götürən zaman baş verib. Partlayışdan sonra metro və ətrafı polis tərəfindən əhatəyə alınıb. apa