“Bəzi valideynlər ərizə yazır, uşaqlarını xəstəxanada atıb gedirlər"

"1000 qramdan aşağı çəkidə doğulan uşaqların əksəriyyətində sonradan əlillik problemi olur. Bir çox valideynlər ərizə yazaraq belə uşaqlardan imtina edir və onları xəstəxanada qoyub gedirlər".

Bu barədə K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, baş pediatr Nəsib Quliyev bildirib.

Onun sözlərinə görə, 2017-ci il ərzində çəkisi 1000 qramdan aşağı olan 372 uşaq doğulub, onlardan 111-i sağ qalıb, digərləri isə tələf olub.

"Azərbaycanda diri doğulmanın yeni meyarlarına 2015-ci ildən keçilib. Hər il diri doğulan uşaqların sayı artır. Bu, yeni texnologiya hesabına mümkündür. Onlar daim nəzarətdə olurlar. Kritik vəziyyətdən çıxandan sonra inkişaf etməyə başlayırlar. Təəssüf ki, uşaqların çoxunda qüsur qalır və onları tam sağlam etmək mümkün olmur".

Baş pediatr qeyd edib ki, 1000 qramdan az doğulan uşaqlarda əlillik əsasən baş-beyin və dayaq hərəkət sistemində müşahidə edilir: "Belə uşaqlardan imtina edən valideynlər də var. Biz həmin uşaqları bəsləyib, daha sonra körpələr evinə veririk".azvision.az

DİGƏR XƏBƏRLƏR

Top