Hər il 5,4 milyon insanı ilan sancır

Gürcüstanda meyiti tapılan tələbə təhsil haqqını kazinoda uduzduğu üçün intihar edib - TƏFƏRRÜAT

Deputat: Mənzil verilən zaman kimdənsə pul alınması faktı ilə rastlaşmamışam

şənbə, 26 may 2018
TR EN RU

Menu

şənbə, 26 may 2018
EN TR RU

HADİSƏ

“Rahat” marketdən oğurluq anı kameraya düşdü VİDEO

07.01.2018 00:00

“Rahat” marketlər şəbəkəsinin Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 7 ünvanında (Papanin) yerləşən filialında oğurluq hadisəsi baş verib.

"Yeniavaz.com" “Report”-a istinadən xəbər verir ki, hadisə yanvar ayının 3-də gecə saat 04:21 radələrində qeydə alınıb.

Təqribən orta yaşlı naməlum şəxs Hərbi Hospitalla üzbəüz yerləşən marketin şüşəsini daşla qıraraq içəri daxil olub. Özü ilə 29 ədəd siqaret, 8 ədəd saqqız, 2 energetik içki və bir kassa aparatını götürən şəxs ərazidən uzaqlaşıb.

İlkin qiymətləndirməyə görə, market sahibinə 337 manat dəyərində maddi ziyan dəyib

Hadisə ilə əlaqədar Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis bölməsinə məlumat verilib. Ərazidə olan hüquq-mühafizə orqanları əməkdaşları marketdən təqribən 30 metr aralıda oğurlanmış kassa aparatını yararsız vəziyyətdə aşkar ediblər.

Faktla bağlı araşdırma aparılır.

Oxundu 419