Bakıda yeniyetmələrdən ibarət dəstə tutuldu

Bakıda cinayətkar dəstə zərərsizləşdirilib. Nərimanov rayonu polis idarəsində verilən məlumata görə, dəstə bayram günlərində şirkət rəhbəri Zaur Əmiraslanov və mağaza sahibi Orxan Salahovdan oğurluq edib.

Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətlərdə şübhəli bilinən 1994-cü il təvəllüdlü Ağdam rayon sakini Əsgərov Qorxmaz Sahib oğlu, onun birgə iki yeniyetmə 17 yaşlı Tünzalə Hüseynova və 16 yaşlı Səməd Pənahov saxlanılıb.

Dəstənin təşkilatçısı Q. Əsgərov Cinayət Məcəlləsinin 128, 177 və 322 maddəli ilə əvvəllər məhkum olunmuşdur. oxu.az

DİGƏR XƏBƏRLƏR

Top