Hər il 5,4 milyon insanı ilan sancır

Gürcüstanda meyiti tapılan tələbə təhsil haqqını kazinoda uduzduğu üçün intihar edib - TƏFƏRRÜAT

Deputat: Mənzil verilən zaman kimdənsə pul alınması faktı ilə rastlaşmamışam

şənbə, 26 may 2018
TR EN RU

Menu

şənbə, 26 may 2018
EN TR RU

İQTİSADİYYAT

Azərbaycanda fermerlər hər yerə sarımsaq əkir - BƏS, TAXIL, KARTOF...?

06.01.2018 19:29

Son bir neçə aydır, o cümlədən 2018-ci il girəndən etibarən kənd yerlərində hər kəs sarımsaqdan, onun gətirəcəyi qazancdan danışır. Elə buna görədir ki, demək olar əksər fermerlər necə deyərlər sarımsağa girişiblər. Belə çıxır ki, bu il ölkədə sarımsaqdan başqa bütün kənd təsərrüfatı bahalaşacaq.

Əldə etdiyimiz məlumata görə, hətta bəzi kəndlərdə taxıl yerləri belə sarımsaq əkini üçün istifadə edilir. Hətta ayrı-ayrı kənd təsərrüfatı rayonlarında icra başçılarının da bu biznesə üstünlük verdikləri barədə dəqiq məlumatlar var.

Hazırda vəziyyətin bu cür olması nə ilə nəticələnə bilər?

Məsələ ilə bağlı kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov danışıb: “Çox təəssüflər olsun ki, Azərbaycanda hələ də istehsal və tələbatla bağlı fermerlər arasında maarifləndirmə işləri lazımi qaydada aparılmır. Bir ildə hər hansı məhsulun qiyməti kəskin bahalaşırsa, növbəti ildə əksər kəndlilər çalışır ki, həmin məhsulun istehsalı ilə məşğul olsunlar. Sarımsağın qiyməti 5-6 manata qalxmışdı və ciddi tələbat var idi. İstehsal isə yetərincə deyildi. Bu səbəbdən qiymət artımı müşahidə edilirdi. İndi fermerlər həvəsləniblər və hesab edirlər ki, sarımsağın qiyməti həmişə yüksək olacaq.

Bu baxımdan daha çox sarımsaq əkininə üstünlük verirlər. Ancaq onlar istehsal etdikləri malı-məhsulu bazara çıxaranda, yəni təklif artanda qiymət kəskin şəkildə aşağı düşür. Bu baxımdan fermerlərin bir hissəsi zərərə məruz qalacaq. Bu işdə nisbətən vaxtında bazara mal çıxarıb gəlir əldə edə bilənlər ola bilsin ki, bir o qədər də ziyan çəkməsin. Ancaq sarımsaq əkini ilə məşğul olanların əksəriyyəti üçün zərər qaçılmazdır”.

Ekspert qeyd edib ki, Azərbaycanda hazırda daha çox digər məhsulların istehsalına ehtiyac var: "Düzdür, bu gün sarımsağın bir hissəsini Rusiyaya ixrac edirik. Lakin sarımsaq ixracı da o qədər dayanıqlı deyil. Biz kartof tələbatını ödəyə bilmirik. Ölkəyə hər il 150-200 min ton kartof idxal edilir. Halbuki kartof istehsal edib bazara çıxarmaq mümkündür. Azərbaycanda bu məhsulun qiyməti də yüksəkdir. Eləcə də digər məhsulların adını sadalamaq olar ki, onların da istehsalı ilə məşğul olub dayanıqlı gəlir əldə etmək olar. Digər tərəfdən kartofu bir müddət saxlamaq olar, ancaq sarımsağı saxlamaq Azərbaycan şəraitində çətindir.

Həmçinin fermerlər bilmirlər ki, son 10-15 gün ərzində dünya bazarında taxılın qiyməti 20 faizdən çox artıb. Azərbaycanda da keçən il taxılın istehsalı 150 min ton azalıb. Azərbaycanın taxıla olan tələbatı artdığı halda bizim kəndlilər taxıl istehsalından yayınıb sarımsaq istehsalına keçid ediblər. Bu, anormal haldır. Bununla aidiyyatı qurumlar, nazirlik məşğul olmalı, fermerləri maarifləndirməlidirlər ki, onlar bazarda baş verən təlatümü nəzərə alsınlar”. modern.az

Oxundu 448