Azərbaycanda siqaret ən çox hansı rayonlarda çəkilir? - SİYAHI

Azərbaycanda siqaretə ən çox Dağlıq Şirvan bölgəsində - Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonlarında yaşayan şəxslər tərəfindən pul xərclənir. Yeniavaz.com Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlara istinadən bildirir ki, Dağlıq Şirvan bölgəsində bir nəfərin ay ərzində siqaret üçün sərf etdiyi vəsait orta hesabla 6,3 manata bərabərdir. Bu məbləğ adambaşına düşən orta aylıq istehlak xərclərinin 2,5%-ni təşkil edir. Məlumat üçün qeyd edək ki, bu həmin bölgədə təhsilə çəkilən xərclərdən təxminən 2 dəfə çoxdur. Belə ki, Dağlıq Şirvan bölgəsində yaşayan insanlarlın adambaşına düşən aylıq təhsil xərci 3,1 manatdır ki, bu da ümumi istehlak xərclərinin 1,3%-nə bərabərdir.

Ay ərzində siqaretə ən az vəsait xərcləyən iqtisadi rayon isə Abşeron hesab olunur. Abşeron iqtisadi rayonunda (Sumqayıt şəhəri, Abşeron və Xızı rayonları) ay ərzində adambaşına siqaretə xərclənən orta ayıq məbləğ cəmi 1,2 manat təşkil edir. Bu göstərici, Naxçıvan Muxtar Respublikasında 2 manata, Lənkəran iqtisadi rayonunda 3,1 manata, Aran iqtisadi rayonunda 1,5 manata, Gəncə-Qazax iqtisadi rayonunda 3,6 manata, Şəki-Zaqatalada 1,3 manata, Kəlbəcər-Laçın iqtisadi rayonunda 3,3 manata, Yuxarı Qarabağ iqtisadi rayonunda 4 manata, Bakı şəhərində 3,4 manata, Quba-Xaçmaz iqtisadi rayonunda isə 4,5 manata bərabərdir.

Rayonlar üzrə adambaşına siqaretə xərclənən vəsait:

DİGƏR XƏBƏRLƏR

Top