Türkiyədə seçkilər başa çatıb: Ərdoğan 52 %-lə liderdir - YENİLƏNİB​

Azərbaycan Prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik edib

Türkiyədə seçki məntəqəsində atışma: İki nəfər ölüb

Bazar ertəsi, 25 iyun 2018
RU EN TR
EN TR RU

İQTİSADİYYAT

Maya dəyəri 311 dollar olan mənzillər Bakıda dəfələrlə baha satılır

06.01.2018 15:32

Bu ilin yanvar-noyabr ayları ərzində ümumi sahəsi 1 milyon 536 min kvadrat metr olan yaşayış evləri tikilib və bunun üçün 813,4 milyon manat vəsait sərf ounub. Yeniavaz.com-un Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlara istinadən apardığı hesablama göstərir ki, bu ilin ilk 11 ayı ərzində kvadrat metr yaşayış evinin tikilməsi 530 manata (311 dollar) başa gəlib. İqtisadiyyat Nazirliyinin açıqladığı məlumatlarda isə qeyd olunur ki, paytaxt Bakıda satılan mənzillərin 1 kvadrat metrindin satış qiyməti bu rəqəmdən dəfələrlə yüksəkdir. Paytaxt ərazisində qiymətlərin ən aşağı olduğu Pirallahı rayonunda mənzilin 1 kvadrat metrinin orta qiyməti 479 dollara, qiymətlərin ən yüksək olduğu Səbail rayonunda isə 1 kvadrat metrinin orta qiyməti 1442 dollara bərabər olub.

Açıqlanan məlumatlarda həmçinin qeyd olunur ki, son bir il ərzində Bakıda mənzillərin qiymətində ucuzlaşma qeydə alınıb.Ucuzlaşma ən çox Xəzər rayonunda qeydə alınıb. Son bir ildə Xəzr rayonunda mənzillərin 1 kvadrat metrinin orta qiyməti 26,5% aşağı düşüb. Ən az ucuzlaşma isə Səbail rayonda olub. Bu rayonda məznzillərin 1 kvadrat metrinin orta qiyməti cəmi 0,5% aşağı düşüb.

Məlumat üçün onu da bildirək ki, Bakı ilə eyni regionda yerləşən və orta aylıq əmək haqqının daha yüksək olduğu Ermənistanın paytaxtı Yerevanda mənzillərin qiyməti son bir ildə kəskin şəkildə ucuzlaşıb. Qiymət artımı yalnız paytaxtın mərkəzi rayonu olan Kentronda müşahidə edilib - 46%. Digər rayonlarda isə kəskin ucuzlaşma baş verib. Məsələn, Yerevanın mərkəzi rayonlarından hesab olunan Arabkidə mənzillərin 1 kvadrat metrinin orta qiyməti 37% aşağı düşüb. Bu rayonda məznzillərin 1 kvadrat metrinin orta qiyməti cəmi 710 dollara bərabər olub.

Bakı və Yerevanın digər rayonlarında mənzillərin qiymətini və son bir ildə nə qədər ucuzlaşdığını təqdim edirik:

Oxundu 718