Səudiyyə Ərəbistanında 11 şahzadə türməyə atıldı

Səudiyyə Ərəbistanının Kral qvardiyası Krallıq sarayında etiraz etdiklərinə görə 11 şahzadəni saxlayıb.

“Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, monarx ailəsinin etiraz edən üzvləri Kral Salman ibn Əbdüləziz əs-Səudun fərmanını ləğv etməyi tələb ediblər. Həmin fərmana əsasən, şahzadələrin su və elektrik enerjisinə görə hesablarının ödənilməsi dayandırılır. Şahzadələr, həmçinin bəyan ediblər ki, onların əmisi oğlunun edam edilməsinə görə pul təzminatı almaq istəyirlər. Kral qvardiyası onları sarayı tərk etmədiklərinə görə həbs edib. Hazırda şahzadələr “Əl-Xayr” həbsxanasında saxlanılırlar və məhkəmənin qərarını gözləyirlər.

DİGƏR XƏBƏRLƏR

Top