İmtahana görə intihar edən gəncin anası da həmin yerdən özünü atdı - TƏFƏRRÜAT - YENİLƏNİB

"Ağdamlı Faiq" canlı yayımda avtoxuliqanlıq edir - VİDEO

Nazir yeni evlənən cütlüyə soyuducu hədiyyə etdi

bazar, 22 iyul 2018
RU EN TR
EN TR RU

DÜNYA

Ukraynada daha bir azərbaycanlı iş adamı itkin düşüb

06.01.2018 14:19

Ukraynanın Xarkov vilayətinin Krasnoqrad şəhərində azərbaycanlı sahibkar yoxa çıxıb.1966-cı il təvəllüdlü iş adamı Süleyman Əhmədəliyev yanvarın 2-də şəhər ətrafındakı evindən çıxaraq, günün sonuna qədər qayıdacağını bildirib. Onun Donetsk istiqamətinə getdiyi, bir daha geri qayıtmadığı, o vaxtdan onunla əlaqənin itdiyi bildirilir.

S. Əhmədəliyev uzun müddət Xarkov şəhərində, vilayətin bir neçə şəhər sovetində çalışıb. Son zamanlar isə kənd təsərrüfatı sahəsində bizneslə məşğul olub.

Son bir neçə ildə Ukraynada 20-dən çox azərbaycanlı iş adamının oğurlandığı, bəzilərinin qətlə yetirildiyi bildirilir. Bununla bağlı ölkənin Baş Prokurorluğu cinayət işi qaldırsa da, nəticəsi yoxdur. apa

Oxundu 251