Azərbaycana gələn turistlərlə bağlı son STATİSTİKA

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycana 2 477 908 xarici vətəndaş gəlib.

Yalnız noyabr ayı ərzində Azərbaycana 201 304 nəfər səfər edib. Ötən müddətdə ölkəmizə ən çox turist iyul ayında gəlib. Həmin ayda Azərbaycana 313 515 nəfər səfər edib.

Azərbaycana səfər edənlər arasında ilk yeri Rusiya, sonrakı yerləri isə Gürcüstan, İran vətəndaşları tutur.
Ötən ilin yanvar-noyabr ayları ərzində Azərbaycana Rusiyadan 790 258, Gürcüstandan 488 269, İrandan isə 340 702 xarici vətəndaş gəlib.

Qeyd edilən müddətdə Türkiyədən Azərbaycana 275 147, Birləşmiş Ərəb Əmirliyindən 87 215, İraqdan 58 259, Ukraynadan 53 583, Qazaxıstandan 33 439, Səudiyyə Ərəbistanından 32 644 xarici vətəndaş səyahət edib.

Qeyd edək ki, 2016-cı ildə Azərbaycana 1 799 367-i Avropa ölkələrindən olmaqla, ümumilikdə 2 242 783 xarici vətəndaş səfər edib. Trend

DİGƏR XƏBƏRLƏR

Top