Türkiyədə seçkilər başa çatıb: Ərdoğan 52 %-lə liderdir - YENİLƏNİB​

Azərbaycan Prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik edib

Türkiyədə seçki məntəqəsində atışma: İki nəfər ölüb

Bazar ertəsi, 25 iyun 2018
RU EN TR
EN TR RU

DÜNYA

Çin “əcnəbi istedadlara” xüsusi vizalar verəcək

05.01.2018 17:45

Çin hakimiyyəti xaricdən ölkəyə yüksəkixtisaslı mütəxəssisləri cəlb etmək məqsədilə xüsusi uzunmüddətli vizalar verməyə başlayıb.

“Yeniavaz.com”un BBC-yə istinadən verdiyi məlumata görə, Çinə qeyri-məhdud sayda səfər etməyə imkan verən vizalar 5 ildən 10 ilədək müddətə təqdim ediləcək. Bu viza ilə Çində birdəfəmə 180 günədək qalmaq mümkün olacaq. Viza sahibləri ölkəyə övladları və həyat yoldaşlarını da gətirə biləcəklər. Yeni texnologiyalar sahəsi üzrə mütəxəssislər, daha çox ehtiyac duyulan sahələr üzrə sahibkarlar və alimlər bu cür vizanı sifariş edə bilərlər. Çinə yeni vizanı onlayn sifariş etmək olar, sifariş pulsuzdur. Çin hakimiyyəti iddia edir ki, yeni vizaların tətbiqindən azı 50 min əcnəbi qazanacaq.

Oxundu 256