Yəməndə difteriyadan 46 nəfər ölüb

Yəməndə son aylar ərzində difteriya infeksiya xəstəliyindən 46 nəfər ölüb.

“Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının rəsmi nümayəndəsi Tarix Yazareviç deyib. Onun sözlərinə görə, Yəməndə difteriya 18 vilayətə yayılıb: “4 aydan da az müddət ərzində 471 nəfərə bu xəstəliyin diaqnozu qoyulub. Xəstəlikdən ölüm səviyyəsi təxminən 10 faiz təşkil edir və bu, yüksək göstəricidir”.

DİGƏR XƏBƏRLƏR

Top