"İstək" liseyinin pedaqoji kollektivindən Şahin Seyidzadəyə qarşı SƏRT İTTİHAMLAR

Merkel Azərbaycana gələcək

Azərbaycan Ordusu şəhid verib

şənbə, 21 iyul 2018
RU EN TR
EN TR RU

İQTİSADİYYAT

Rinat Əhmədovun aktivləri donduruldu

05.01.2018 16:30

Kipr məhkəməsi Ukraynanın ən varlı sakini, “SKM” holdinqinin sahibi Rinat Əhmədovun 820 milyon dollar məbləğində aktivlərini dondurub.

“Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, qərar Ukraynada fiksə edilmiş rabitə sahəsində ən iri şirkət olan “Ukrtelekom” ətrafında hüquqi mübahisyə baxılarkən 2017-ci il dekabrın 27-də qəbul edilib. Şirkət 2013-cü ildə ukraynalı sahibkar Denis Qorbunenkoya məxsus “Raga” firması tərəfindən R. Əhmədova satılıb.

“Raga”nın təmsilçiləri təkid edirlər ki, sövdələşmənin məbləği 860 milyon dollar olub, lakin R. Əhmədov satıcıya yalnız 100 milyon dollar ödəyib. Biznesmenin dondurulmuş aktivləri satış zamanı Böyük Britaniyanın daşınmaz əmlak bazarında ən bahalı olan Londondakı evi ilə bağlıdır. Məhkəmənin qərarına əsasən, R. Əhmədov öz mülkiyyətini idarə etməkdə sərbəstdir, lakin 820,5 milyon dollar məbləğində aktivlərini toxunulmaz saxlamalı və öz mülkiyyəti ilə bağlı iri sövdələşmələr barədə “Raga”ya məlumat verməlidir.

R. Əhmədov yanvarın 8-dək qərarı şikayət edə bilər. “Forbes” jurnalının hesablamalarına görə, ukraynalı biznesmenin sərvəti təqribən 4,6 milyard dollardır və o, dünya milyarderləri siyahısında 359-cu yeri tutur.

Oxundu 311