Türkiyədə seçkilər başa çatıb: Ərdoğan 52 %-lə liderdir - YENİLƏNİB​

Azərbaycan Prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik edib

Türkiyədə seçki məntəqəsində atışma: İki nəfər ölüb

Bazar ertəsi, 25 iyun 2018
RU EN TR
EN TR RU

İQTİSADİYYAT

Yalnız Naxçıvanda kişilər qadınlardan daha çox "ələbaxan"dır - RƏSMİ MƏLUMAT

05.01.2018 13:46

Azərbaycanda əhalinin əsas gəlir mənbələri arasında başqa şəxslərdən alınan, yəni himayədən əldə olunan vəsaitlər üstünlük təşkil edir. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan sonuncu statistik göstəricilərə istinadən bildirir ki, əhalinin gəlirlər mənbələri arasında digər şəxslərdən alınan vəsaitlərin payı 24,1%-i təşkil edib. Gəlir mənbələri arasında dövlət sektorunda muzdlu işlə əlaqədər əldə olunan vəsaitlərin payı 17,5%-lə ikinci sırada yer alıb. Üçüncü sırada pensiyalar yer alır ki, bu da əhalinin ümumi gəlirlərində 15,5% paya sahibdir. Əhalinin öz təsərrüfatlarında işləyərək əldə etdikləri gəlirlər də ümumi gəlirlərin 15,5%-nə bərabərdir. Özəl sektorda muzdla işləyərək əldə etdikləri gəlirlər əhalinin ümumi gəlirlərinin 6,9%-ni təşkl edib. Sahibkarlıq və kommersiya sahəsindən əldə olunan vəsaitlərdə eyni çəkiyə - 6,9% paya sahib olub.

Açqılanan statistk göstəricilər arasında maraqlı məqamlardan biri də odur ki, bütün bölgələr üzrə qadınların gəlirləri arasında himayədən, yəni digər şəxslərdən aldıqları vəsaitlər kişilərlə müqayisədə daha çox olsa da, yalnız Naxçıvanda bunun əksi müşahidə olunub. Naxçıvan Muxtar Respublikasında kişilərin gəlir mənbələri arasında digər şəxslərdən alıqları vəsait qadınlarla müqayisədə daha çox olub.

Naxçıvanda qadınların gəlir mənbələri arasında himayədən əldə etdikləri gəlirlərin ümumi gəlirlərdəki payı 4,8% olduğu halda, kişilərdə bu ğöstərici 4,9% olub.

Müayisə üçün bildirək ki, Bakı şəhərində qadınların himayədən əldə etdikləri gəlirlərin ümumi gəlirlərdəki payı 23,2%-i, kişilərdə isə 9% olub.

Himayədən əldə etdikləri gəlir baxımından ən az fərq Yuxarı Qarabağ bölgəsində qeydə alınıb ki, burada da qadınların himayədən əldə etdikləri gəlirlər kişilərlə müqayisədə çox olub. Bu bölgədə qadınların himayədən əldə etdikləri gəlirlərin ümumi gəlirlərdəki payı 11,4% olduğu halda, kişilərdə bu ğöstərici 6,9% olub.

Oxundu 744