Türkiyədə seçkilər başa çatıb: Ərdoğan 52 %-lə liderdir - YENİLƏNİB​

Azərbaycan Prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik edib

Türkiyədə seçki məntəqəsində atışma: İki nəfər ölüb

Bazar ertəsi, 25 iyun 2018
RU EN TR
EN TR RU

İQTİSADİYYAT

Azərbaycan quş əti idxalına qadağa qoyacaqmı?

05.01.2018 12:32

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) Rusiyanın Kostroma vilayətində "quş qripi"nin aşkarlanması ilə əlaqədar Azərbaycanın həmin ölkədən quş əti idxalına qadağa qoyulub-qoyulmayacağına aydınlıq gətirib.

Xidmətin mətbuat katibi Yolçu Xanvəli bildirib ki, ötən ilin mart-aprel aylarında Moskva və Moskva ətrafı vilayətdə "quş qripi" aşkarlandığından Azərbaycan həmin vaxtdan bu ərazidən quş əti və quş əti məhsullarının idxalına müvəqqəti qadağa qoyub.

Y.Xanvəli qeyd edib ki, Azərbaycan Rusiyanın "quş qripi"nin aşkarlandığı Kostroma vilayətindən quş əti və quş əti məhsulları idxal etmir: "Buna görə də bu ərazidən idxala məhdudiyyətin qoyulması barədə hər hansı qərarın verilməsinə ehtiyac yoxdur".

Y.Xanvəli əlavə edib ki, hazırda Azərbaycan quş əti və quş əti məhsullarını Türkiyə, Braziliya və Ukraynadan, damazlıq yumurtaları isə Ukrayna və Türkiyədən idxal edir.

O, adları sadalanan ölkələrdə, eləcə də Azərbaycanda epizootik vəziyyətin normal olduğunu söyləyib.

Qeyd edək ki, Rusiyanın Kostroma vilayətində yayılan "quş qripi" ilə əlaqədar Belarus bu gündən həmin ölkədən toyuq əti idxalına qadağa qoyub. Trend

Oxundu 264