Türkiyədə seçkilər başa çatıb: Ərdoğan 52 %-lə liderdir - YENİLƏNİB​

Azərbaycan Prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik edib

Türkiyədə seçki məntəqəsində atışma: İki nəfər ölüb

Bazar ertəsi, 25 iyun 2018
RU EN TR
EN TR RU

İQTİSADİYYAT

İçki və siqaretə xərclədiyimiz vəsait 33%, təhsilə xərclədiyimiz vəsait 4% artıb

05.01.2018 11:14

Azərbaycanda adambaşına düşən istehlak xərcləri ayda 264,7 manata bərabər olub. Yeniavaz.com xəbər verir ki, bu məlumat Dövlət Statistika Komitəsinin açıqladığı sonuncu statistik göstəricidə yer alıb. İstehlak xərclərinin 107,1 manatı ərzaq məhsullarının alınmasına yönəldilib. Bu da ümumi xərclərin 40,4%-ni təşkil edib.

Onu da qeyd edək ki, kafe və restoranlarda adambaşına ayda 23 manat, alkoqollu içkilərə isə 1,5 manat xərclədiyimizi də nəzərə alsaq ümumi xərclərimizin yarısını - 50,1%-ni qida məhsullarına və içkilərə yönəldirik.

İstehlak xərclərimiz arasında ərzaqdan sonra ən çox vəsait ev əşyalarının və məişət texnikasının alınmasına, həmçinin evə gündəlik qulluğa xərclənib. Bu məqsədlə adambaşına ayda 24,2 manat xərclənib. Bu da ümumi xərclərin 9,1%-i təşkil edib. Bundan başqa ayda 19,7 manat (ümumi xərclərin 7,4%-i) su, işıq, qaz və digər yanacaq növlərinə xərclənib. Paltar və ayyaqqabıya ayda adambaşına orta hesabla 17,9 manat sərf edilib ki, bu da ümumi xərclərin 6,7%-nə bərabər olub. Ümumi xərclərimizin 16,7 manatını və ya 6,3%-ni nəqliyyata, 12,8 manatını və ya 4,8%-ni səhiyyəyə, 11,5 manatını və ya 4,3%-ni istirahət və mədəniyyətə, 8,96 manatını və ya 3,3%-ni rabitəyə, 5 manatını və 1,9%-ni isə təhsilə yönəltmişik. Eyni zamanda ümumi istehlak xərclərimizin təxminən 1,4%-i və 3,6 manatı tütün məhsullarının alınmasına sərf edilib.

Əvvəlki illə müqayisədə istehlak xərcləri ən çox tütüm məmulatlarının alınmasına görə artıb. Tütüm məmulatlarının alınmasına çəkilən xərclər əvvəlki illə müqayisədə 40,5% artıb. Tütüm məmulatlarından sonra xərclərimiz ən çox alkoqollu içkilərin alınmasına görə artıb. Alkoqollu içkilərin alınmasına sərf etdiyimiz vəsaitin həcmi 14,8% artıb. Bundan başqa rabitə xərclərimiz 9,5%, nəqliyyat xərclərimiz 8,9%, mehmanxana, kafe, restoran və yeməkxanalarda xərclədiyimiz vəsait əvvəlki illə müqayisədə 6,8%, su, işıq, qaz və digər yanacaq növlərinə xərclədiyimiz vəsait isə 8,7% artıb. Xərclərimizin ən az artığı sahə təhsil sahəsi olub. Təhsil xərclərimiz cəmi 4,1% artıb.

Oxundu 384