Prosineçki baş məşqçi təyin edilib

Azərbaycan milli komandasının sabiq baş məşqçisi Robert Prosineçkinin yeni iş yeri məlum olub.

Xorvatiyalı mütəxəssis Bosniya və Herseqovina yığmasının “sükanı arxası”na keçib.

Bu barədə qərar ölkənin futbol federasiyasının İcraiyyə Komitəsinin bugünkü iclasında verilib. Komitə üzvləri Amar Osimlə Prosineçki arasında seçim ediblər.

49 yaşlı mütəxəssis yeni iş yerində fəaliyyətə bu ayın sonunda başlayacaq. O, milli komandanı yanvarın 28-də ABŞ-da təlim-məşq toplanışına aparacaq və 3 gün sonra yetirmələri ilk matçında Meksika ilə qarşılaşacaq. Apasport.az

DİGƏR XƏBƏRLƏR

Top