"İstək" liseyinin pedaqoji kollektivindən Şahin Seyidzadəyə qarşı SƏRT İTTİHAMLAR

Merkel Azərbaycana gələcək

Azərbaycan Ordusu şəhid verib

şənbə, 21 iyul 2018
RU EN TR
EN TR RU

İDMAN

Türkiyə Baş nazirinin müavini: Tosunun transferi ölkənin cari kəsirinə müsbət töhfə verəcək

04.01.2018 13:42

Türkiyənin Baş nazirinin müavini Mehmet Şimşek “Beşiktaş”ın hücumçusu Cenk Tosunun “Evertona” transfer edilməsinə münasibət bildirib.

“Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, M. Şimşek “Twitter” səhifəsindən verdiyi açıqlamada bildirib ki, bu transfer Türkiyənin cari kəsirinə müsbət töhfə verəcək.

O deyib: “Əgər doğrudursa, Cenk Tosunu və “Beşiktaş”ı təbrik edirəm. Ölkəmizin cari kəsrinə müsbət töhfə verdiklərinə görə təşəkkür edirəm. 80 milyondan çox əhalinin olduğunu və futbola böyük marağı nəzərə alsaq, Türkiyə futbolçu transferində xaricə daha çox oyunçu göndərməlidir...”.

Qeyd edək ki, C. Tosunun 27 milyon funt-sterlinqə “Everton”a transfer edildiyi açıqlanmışdı.

Oxundu 285