Azərbaycanın yeni hökuməti - TAM SİYAHI

Yeni yaradılan Turizm Agentliyinə sədr təyin olunub - FOTO

Prezident deputatı nazir təyin etdi - FOTO

çərşənbə axşamı, 24 aprel 2018
TR EN RU

Menu

çərşənbə axşamı, 24 aprel 2018
EN TR RU

İQTİSADİYYAT

İran rialı dünyanın ən dəyərsiz valyutasıdır

04.01.2018 13:03

Beynəlxalq Valyuta Fondu (BVF) ayrı-ayrı ölkələrə məxsus milli valyutaların ABŞ dolları qarşısındakı məzənnəsini açıqlayıb.

Yeniavaz.com BVF-nin açıqladığı məlumatlara istinadən bildirir ki, hazırda 1 dollar 36000 İran rialına dəyişdirilir. Dollar qarşısında nominal dəyəri ən aşağı olan valyutalar sırasında Vyetnam donqu 2-ci sırada qərarlaşıb. 1 dollar 22700 donqa bərabərdir.

Region ölkələri arasında ən dəyərsiz valyuta Özbəkistana məxsusdur. 1 dollar 8110 somuna bərabərdir. İkinci sırada Ermənistan qərarlaşıb. Ermənistan milli valyutası - dramın dollar qarşısındakı məzənnəsi 483-ə bərabərdir.

4 ölkənin - Zimbabve, Fələstin, Şərqi Timor və Qvineya-Bisaunun milli valyutalarının daxil edilmədiyi hesabata görə, yalnız 9 ölkənin- Küveyt, Oman, Bəhreyn, Yeni Zelandiya, İordaniya, Avstraliya, Kayman Adaları, İsveçra və Lixtenşteynin milli valyutalarının nominal dəyəri ABŞ dollarından yüksəkdir.

Region ölkələri arasında nominal dəyəri dollar qarşısında ən yüksək olan milli valyuta isə Azərbaycan manatıdır. Hazırda 1 dollar 1,7 manata bərabərdir. İkinci sırada isə Gürcüstan larisi qərarlaşıb və 1 dollar 2,6 lari səviyyəsindədir.

Oxundu 270