Xoşqədəmin verilişindəki həkimi peşiman etdilər - İnsanlar qapını yerindən çıxardı (VİDEO)

Murad Dadaşov ona "Xalq artisti" adı verilməsindən danışdı

Deputat: Qızıma "Xalq artisti" adı verildiyinə görə çox sevinirəm

bazar, 27 may 2018
TR EN RU

Menu

bazar, 27 may 2018
EN TR RU

İQTİSADİYYAT

BVF: Azərbaycan qiymət artımına görə Asiyada ilk sırada dayanır

04.01.2018 12:23

Yola saldığımız 2017-cı ildə dünyada ərzaq və qeyri-ərzaq məhsullarının, o cümlədən də xidmətlərin qiymət və tarifləri ən çox Venesuelada artıb. Yeniavaz.com Beynəlxalq Valyuta Fondunun (BVF) açıqladığı hesabata istinadən bildirir ki, ötən il Venesuelada qiymətlər əvvəlki ilə nisbətdə 7,4 dəfə artıb. BVF-nin hesabatında həmçinin göstərilir ki, ən yüksək inflyasiyanın qeydə alındığı ölkələrin sıralamasında Azərbaycan 17-ci sırada qərarlaşıb. BVF bildirir ki, 2017-cı ilin ilk 11 ayında Azərbaycanda inflyasiya səviyyəsi 13,4% həddində olub. Beləliklə, Azərbaycan nəyinki MDB və region ölkələri arasında, eyni zamanda Asiya qitəsində qiymətlərin ən çox artdığı ölkə ünvanına sahib olub.

Məlumat üçün bildirək ki, region ölkələri arasında Azərbaycandan sonra qiymət artımı bu cür olub:

Ukraynada - 13%

Türkiyədə - 11,9%

İranda - 9,6%

Moldovada - 7,3%

Qazaxıstanda - 7,1%

Tacikistanda - 7%

Gürcüstanda - 6,7%

Türkmənistanda - 6,2%

Özbəkistanda - 5,7%

Belarusda - 4,9%

Qırğızıstanda - 4%

Rusiyada - 2,5%

Ermənistanda - 2,2%

Ümumiyyətlə BVF-nin hesabatında yer alan 189 ölkədən 184 -da inflyasiya qeydə alınıb. Yalnız 5 ölkədə ötən il ərzində ucuzlaşma müşahidə olunub.

Oxundu 452