Ötən gün 63 cinayət faktı qeydə alınıb

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 63 cinayət faktı qeydə alınıb, onların da 12-si “isti izlər”lə açılıb. Daxili İşlər Nazirliyinin saytının məlumatına görə, axtarışda olduğuna görə 4 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 13 nəfər saxlanılıb.APA

DİGƏR XƏBƏRLƏR

Top