Hakim futbolçu tərəfindən öldürüldü

Futbolçu ona qırmızı kart göstərmiş hakimi qətlə yetirib. Meksikanın həvəskar futbol komandalarından birinin oyunçusu hakim Xose Valdemar Ernandes Kapitilyonu ona qırmızı kart göstərək meydandan uzaqlaşdırdığına görə öldürüb. Məlumata görə, oyunçu hakimə matç zamanı hücum edib. Bundan sonra hakim koma vəziyyətində Halap şəhərindəki xəstəxanaya çatdırılıb. O, bir həftə sonra tibb müəssisəsində ölüb. Meksikanın Hakimlər Assosiasiyasının prezidenti Valentin Ramiresin sözlərinə görə, hazırda hadisənin tərəffüatları araşdırılır. Hakimə ölümcül zərbə yetirmiş idmançı həbs edilib.Modern.az

DİGƏR XƏBƏRLƏR

Top