Bu il İngiltərə çempionatında heç bir oyunu uduzmayan yeganə futbolçu

“Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqba 2017-ci ildə İngiltərə çempionatının heç bir oyununu uduzmayan yeganə oyunçudur. “Yeniavaz.com”un “Gazeta.ru” internet nəşrinə istinadən verdiyi məlumata görə, 24 yaşlı fransalı futbolçu bu il İngiltərə çempionatının 22 oyununda iştirak edib. O, “Mançester Yunayted” ilə 14 qələbə qazanıb, daha 8 matç heç-heçə başa çatıb. Statistikada matçın azı 21 dəqiqəsində meydanda olmuş futbolçular nəzərə alınıb.

DİGƏR XƏBƏRLƏR

Top