Fatih Terim sabiq “Qəbələ”lini “Qalatasaray”a qaytardı

“Qəbələ” Futbol Akademiyasının keçmiş direktoru Ali Yavaş “Qalatasaray”a qayıdıb. Təcrübəli mütəxəssis yenidən “cim-bom”un futbol akademiyasına nəzarət edəcək. Əsas komandanın baş məşqçisi postuna gətirilən Fatih Terim klubun keçmiş nümayəndələrinin qayıtmasında vasitəçilik edir ki, onlardan biri də Yavaş olub. Terim aşağı yaş qruplarında bütün səlahiyyətləri ona tapşırıb. Qeyd edək ki, 2002-2008-ci illərdə “Qalatasaray”da çalışmış, Arda Turan, Uğur Uçar və Sabri Sarıoğlu kimi oyunçuları kəşf etmiş Ali Yavaş 2009-cu ildən 2012-ci ilə qədər “Qəbələ” Futbol Akademiyasında fəaliyyət göstərib.Apasport

DİGƏR XƏBƏRLƏR

Top