Cenk Tosunun yeni klubu məlum oldu

“Beşiktaş”ın hücumçusu Cenk Tosun İngiltərənin “Everton” klubuna keçəcək. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu İngiltərənin “The Guardian” qəzetinin məşhur idman müxbiri Ed Aarons deyib. Onun sözlərinə görə, C. Tosun “Everton”a 25 milyon funt-sterlinqə transfer ediləcək. Artıq tərəflərin razılığa gəldiyi bildirilir. “Beşiktaş” rəhbərliyinin gələn ilin ilk günlərində transferlə bağlı açıqlama verməsi gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top