pasinyana-dedim-ki-niye-susmusan-putinden-qorxursan-video

“Paşinyana dedim ki, niyə susmusan, Putindən qorxursan?” VİDEO

tezyiqi-salmaga-komek-eden-en-yaxsi-8-mehsul

Təzyiqi salmağa kömək edən ən yaxşı 8 məhsul

boyrek-xesteliklerinin-7-elameti

Böyrək xəstəliklərinin 7 əlaməti

bazar ertəsi, 17 dekabr 2018
AZ RU EN TR
AZ RU EN TR

ƏDƏBİYYAT

Axundov niyə "milliyyətcə farsam" yazmışdı?

26.12.2017 13:53

"Dünyada ərəblər qədər gözəl nağıl uyduran, farslar qədər bu nağılı gözəl danışan və türklər qədər bu nağıla inanan ikinci bir millət yoxdur" ... Bu sözlərin müəllifi Mirzə Fətəli Axundovdur.

Axundov öz tərcümeyi-halında yazıb ki, "milliyyətcə farsam". Axundov doğrudanmı farsdır? Axundov o zaman üçün düz deyir - farsdır, amma bu zaman üçün düz demir, o, milliyyətcə türkdür. (Hətta, Axundovu ərəb hesab edənlər də var)". "Yeniavaz.com" xəbər verir ki, bunu tanınmış yazıçı Firuz Mustafa bildirib.

"Məsələ burasındadır ki, Axundov dünyaya gələndə (1812-ci ildə) Azərbaycan İran ərazisi idi. Və Mirzə Fətəlinin atası təmiz türk qövmündəndir - Təbriz yaxınlığındakı Xaminə kəndindən, anası isə Nuxadandır (Şəkidən). O zamandan az sonra biz rus imperiyasının təbəəliyində olsaq da, həmin dövrəcən doğulanları dəftərxanalarda "fars" kimi qeyd ediblər. Belə ki, o dövrün Abbasqulu ağa Bakıxanov, Mizə Cəfər Topçubaşov, Mirzə Kazım bəy, Mirzə Şəfi Vazeh və s. bu kimi görkəmli şəxsiyyətlərin milliyəti də sənədlərdə gah "tatar", gah da "fars" kimi qeyd olunub. Bəs niyə türk yox, fars?

Məsələ burasındadır ki, o vaxtlar İranda doğulan bütün insanlar fars, Rusiyada doğulan bütün insanlarsa rus adlandırılırdı.

Təkcə İranda və Rusiyadamı belə idi? Xeyr. Lap elə bu yaxınlara qədər, Sovetlər Birliyi çökənəcən, SSRİ-dən xaricə gedən vətəndaşların hamısına "rus" deyirdilər. Və yaxud lap indinin özündə də Çindən gələnin hamısına çinli, İngiltirədən gələnin hamısına ingilis, Afrikadan gələnin hamısına zənci demirikmi?

Axundovun zamanında Türkiyədən olanlara adətən osmanlı (nadir hallarda türk), Azərbaycandan olanlara fars, qafqazlı (nadir hallarda tatar) deyirdilər. Hətta, Mirzə Fətəliyə tiflisli, nuxalı, rus deyənlər də olub.

İndi təkcə adi adamların arasında deyil, özünü "alim" hesab edən şəxslərin arasında da bisavadlıq artmaqdadır... Və onların bəziləri doğrudan da Mirzə Fətəlini fars hesab edir",-deyə F. Mustafa vurğulayıb.

Oxundu 1037