Hər il 5,4 milyon insanı ilan sancır

Gürcüstanda meyiti tapılan tələbə təhsil haqqını kazinoda uduzduğu üçün intihar edib - TƏFƏRRÜAT

Deputat: Mənzil verilən zaman kimdənsə pul alınması faktı ilə rastlaşmamışam

şənbə, 26 may 2018
TR EN RU

Menu

şənbə, 26 may 2018
EN TR RU

İNCƏ SƏNƏT

"Ax, neçə illərdi yalan görmüşəm" - Bu gün Nizami Rəmzinin 70 illik yubileyidir - VİDEO

20.12.2017 16:59

Bu gün məşhur meyxana ustadı, qəzəlxan Nizami Rəmzinin 70 illik yubileyidir. Nizami Rəmzi 1947-ci il dekabırın 20-də dünyaya gəlib. Əmək fəaliyyətinə sürücü kimi başlayıb. O, "Meyxana" folklor ansamblının yaradıcısı olub. Onun "Sən nə qoymusan, nəyi axtarırsan", "Gör neçə illərdi yalan görmüşəm", "Dəyirmanımızı", "Yazıldı dastanı Azərbaycanın", "Lay-lay Azərbaycan", "Vəziryan", "Biləsən Vahid", "Qarbaçov", "Xilaskarımız" adlı məşhur meyxanaları xalqımızın yaddaşında dərin izlər buraxıb. "İlahi", "Kimsəsizlər kimsəsi", "Şəm onu yandıracaqdır", "Etdi İlahim", "Azərbaycanım", "Pərvanə tapılmır", "Ana", "Özü", "Darıxır", "Kərbəla Vaqiəsi" və s. qəzəllər şairin yaradıcılığının rəmzidir.

N. Rəmzi meyxananı el şənliklərindən böyük səhnələrə çıxaran sənətkar kimi tanınır. Belə ki, ilk dəfə 1989-cu ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında və Heydər Əliyev Sarayında meyxana janrını geniş auditoriya qarşısında nümayiş etdirib. Onun Türkiyə, Rusiya, Almaniya, İran, Gürcüstan, Özbəkistan və digər ölkələrdə söylədiyi meyxanalar maraqla qarşılanıb.

Meyxanaçılar arasında ilk dəfə filmə Nizami Rəmzi çəkilib. "Qəzəlxan" və "Göy qurşağı" filmlərində dediyi meyxanalar uzun illər unudulmayıb.

1997-ci il yanvar ayının 19-da Nizami sevərlər dəhşətli bir xəbərdən sarsıldılar - o, həmkarı ilə dəhşətli yol qəzasında dünyasını dəyişmişdi.

Hadisə Bakının "28 May" prospektində baş vermişdi. Nizami Rəmzi dostu, meyxana ustası Kəbir Azəri ilə birgə qəzada həlak olmuşdu.

Tanınmış meyxanaçı Rəşad Dağlı "Yeniavaz.com" saytına açıqlamasında Nizami Rəmzinin bu gün də sevildiyini, onun dediyi meyxanaların hər zaman aktual olduğunu bildirdi: "Meyxana sənətinin 2 korifeyi varsa, biri də Nizami Rəmzidir. Əvəzolunmaz sənətkardır. Meyxanaları ilə, musiqili meyxana ilə yadda qalıb. Nizami Rəmzi meyxananı ilk dəfə efirə çıxarması ilə yadda qalan sənətkardır".

Rəşad Dağlının sözlərinə görə, illər ötür, ancaq Nizami Rəmzi sənəti, dediyi meyxanaların çoxu aktuallığını qoruyur: "Elə meyxanalar var ki, bu gün deyilir, ancaq qısa müddət sonra unudulur. Ancaq Nizami Rəmzi o sənətkarlardandır ki, yazdıqları unudulmur, əksinə, daha da aktuallaşır. Hər birimizin borcudur ki, onun ucaltdığı sənəti qoruyaq, yaşadaq. Hazırda Nizami Rəmzinin 70 illik yubileyi ilə bağlı tədbir keçirilir və mən də orada iştirak edirəm. Onu yad eləmək hər birimizin borcudur".

Nicat

Oxundu 1831