sedaqet-qehremanova-dogulmamis-qiz-usaqlarina-qarsi-cinayet-toredilir

Sədaqət Qəhrəmanova: Doğulmamış qız uşaqlarına qarşı cinayət törədilir

the-new-york-times-seudiyyeli-jurnalistin-oldurulmesinde-gunahi-bu-sexsin-uzerine-atacaqlar-video

“The New York Times”​: Səudiyyəli jurnalistin öldürülməsində günahı bu şəxsin üzərinə atacaqlar - VİDEO

qarabagin-qapicisi-masinla-adam-vurdu

“Qarabağ”ın qapıçısı maşınla adam vurdu

Cümə, 19 oktyabr 2018
RU EN TR
EN TR RU

ƏDƏBİYYAT

Qəbələdə “Poeziya günü”: Leyla Əliyeva şeirlərini oxudu FOTOLAR

16.12.2017 10:49

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Yazıçılar Birliyinin dəstəyi ilə dekabrın 15-də Qəbələdəki Heydər Əliyev Konqres Mərkəzində vətənpərvərlik mövzusuna həsr olunmuş “Poeziya günü” keçirilib. 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində təşkil olunan tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycan Yazıçılar Birliyinin üzvləri, ədəbiyyat və mədəniyyət xadimləri, gənc şairlər, həmçinin Qarabağ müharibəsinin Qəbələdən olan veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

“Poeziya günü”nün açılışında ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin şair və yazıçılara diqqət və qayğısından, həmçinin hərbçilərlə görüşlərindən bəhs edən film nümayiş olunub.

Tədbirdə çıxış edən Xalq Şairi Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatında vətənpərvərlik mövzusunun bütün zamanlarda aktual olduğunu, müasir dövrümüzdə isə xüsusi önəm daşıdığını diqqətə çatdırıb.

Gənc şairlər Fərid Hüseynov, Gülnar Qasımlı, Lamiyə İsayeva, Zəhra Bədəlbəyli, Alsu Carçılı, Aynur Nurlu, Heyran Hüseynova və Şahanə Müşfiq müharibə, həmçinin Azərbaycan və Bakı haqqında şeirlərini səsləndiriblər. Şairlərin çıxışları Azərbaycan bəstəkarlarının musiqilərinin sədaları və videogörüntülərlə müşayiət olunub.

“Poeziya günü”nün ideya müəllifi Aynur Nurlu, quruluşçu rejissoru Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalının bədii rəhbəri Rövnəq Həsənzadədir.

Sonra Leyla Əliyeva özünün “Zəhranın xatirəsinə” və “Bakı” adlı şerlərini oxuyub. Proqram çərçivəsində Xalq Artisti Zülfiyyə Xanbabayeva, Əməkdar artistlər Fərqanə Alimqızı və Sevda Ələkbərzadə, Azərbaycan Milli Konservatoriyasının dosenti, pianoçu Naibə Şahməmmədova və Qəbələ Uşaq Xoru zövq oxşayan mahnılar və musiqi ifa ediblər. qafqazinfo








Oxundu 1102