Xoşqədəmin verilişindəki həkimi peşiman etdilər - İnsanlar qapını yerindən çıxardı (VİDEO)

Murad Dadaşov ona "Xalq artisti" adı verilməsindən danışdı

Deputat: Qızıma "Xalq artisti" adı verildiyinə görə çox sevinirəm

bazar, 27 may 2018
TR EN RU

Menu

bazar, 27 may 2018
EN TR RU

İNCƏ SƏNƏT

Rafiq Hüseynovun xanımı: “Onun ən böyük arzusu yarımçıq qaldı”

15.12.2017 10:49

2017-ci il media üçün mühüm hadisələrlə yanaşı, itkilərlə də yadda qaldı. Klassik Azərbaycan televiziyasının siması - sovet dövrünün tanınmış diktoru Rafiq Hüseynov 71 yaşında vəfat etdi. Bu, təkcə media aləmi-televiziya üçün deyil, bütün Azərbaycan xalqı üçün ağır itki idi. Öncə ağciyər xərçənginə yaxalanan diktor, sonradan bağırsaq, ayaq şişləri və başqa xroniki fəsadlardan əziyyət çəkdi. Bir neçə il ərzində Türkiyə və Azərbaycanda əməliyyat olundu. Azərbaycan televiziya məkanının əfsanələrindən olan Rafiq Hüseynov uzun sürən ağır xəstəlikdən sonra oktyabrın 26-da Almaniyanın Düsseldorf şəhərində - müalicə aldığı klinikada dünyasını dəyişdi. Onun dünyasını dəyişməsi diktora olan tamaşaçı sevgisini bir daha üzə çıxardı. Rafiq Hüseynovsuz həyat Azərbaycan xalqını sarsıda bilər. Amma diktorun “İkinci bahar”ının qəhrəmanı - Səbinə Hüseynova bəlkə də hamıdan çox zərbə aldı. Mərhum diktorun həyat yoldaşı Səbinə Hüseynova hazırkı vəziyyətin onun üçün çətin olduğunu deyib: “Rafiq Hüseynovun itkisi xüsusilə qızıma çətindir. Demək olar ki, hər gün onu xatırlayıram. Hamı deyir ki, zamanla insanın yaraları sağalır. Amma hələ ki vəziyyət eynidir”.


S.Hüseynova çətin də olsa, diktorla olan son söhbətindən söz açıb: “O, daha çox qızını görmək istəyirdi. Sonuncu söhbətimiz də bu haqda olmuşdu. Hələ Bakıda reanimasiyada olanda qızını gördü və çox sevindi. Çünki həkimlər yanına buraxmırdılar. Almaniyada qalanda artıq vəziyyəti bir qədər kəskinləşdi, qızdırması qalxdı. Ona görə də huşu özündə deyildi. Sadəcə gözləriylə baxa bilirdi. Məni görürdü, eşidirdi, amma bir şey deyə bilmirdi”.


Müsahibimizin sözlərinə görə, Rafiq Hüseynovun hələ reallaşdırmaq istədiyi arzuları var idi: “O, istəyirdi ki, zamanı tez tələsdirsin və tezliklə qızının məktəbi bitirməyini görsün. Çünki birinci sinfə də özü əlindən tutub aparmışdı. Həm də sevinə-sevinə... Buna görə də Leylini 11-ci sinifi bitirib akademiyaya daxil olmağını görmək istəyirdi. Yəni arzuları, planları var idi”.

Səbinə Hüseynova “Rafiq Hüseynovun yoxluğunu ən çox nə zaman hiss edirsiniz” sualını isə bu cür cavablandırıb: “Hər gün...”. Modern.az

Oxundu 694