İraqda 38 nəfər edam edildi

İraq hakimiyyəti terrorçuluğa görə məhkum olunmuş 38 nəfərin ölüm cəzasını icra edib.

“Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə İraq Ədliyyə Nazirliyindən deyiblər. Nazirlikdən qeyd ediblər ki, edam hökmlər yekun olaraq təsdiq edildikdən və respublika rəhbərliyinin qəbul etməsindən sonra baş tutub.

Xatırladaq ki, İraqın Baş naziri Heydər əl-Abadi dekabrın 9-da ölkə ərazisində İŞİD terror qruplaşması üzərində tam qələbə çalındığını elan edib.

DİGƏR XƏBƏRLƏR

Top